2 Manata 5 Dəqiqəyə Ləziz Salat

Yields: 1 Serving

Pəhrizdə olanlar, çəkisinə nəzarət edənlər cəmi 5 dəqiqəyə ləziz salat hazırlaya bilər. Evdar.az iki məhsulla 5 dəqiqəyə hazırlanan salatın reseptini təqdim edir.

2 Manata 5 Dəqiqəyə Ləziz Salatın tərkibi:

  • 200 qr krab çubuqları
  • 200 qr təzə xiyar
  • zövqə görə 15 qr mayonez və ya soya sousu
  • üzəri üçün küncüt toxumu

2 Manata 5 Dəqiqəyə Ləziz Salatın hazırlanma qaydası:

Krab çubuqlarının qabığını soyub çəngəllə didin. Təzə xiyarı uzun dilimlər halında doğrayıb, daha sonra uzununa nazik çubuqlar formasında kəsin. Bir boşqaba didilmiş krab çubuqlarını və doğranmış təzə xiyarı əlavə edib qarışdırın. Zövqə görə üzərinə soya sousu və ya 1 xörək qaşığı mayonez əlavə edib qarışdırın. Və yaxud da soussuz da istifadə edə bilərsiniz. Süfrəyə verdikdə üzərinə küncüt səpin.

 

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir