2022-ci İlin Trend Yeməyi: Əti Əvəz Edən “Kələm Steyk”

Yields: 1 Serving

Kələm 2022-ci ilin məşhur reseptləri arasında yerini aldı. Ədviyyatlarla zənginləşdirilən iki növ ağ və bənövşəyi kələm steyk dadını xatırladan yemək təqdim edir. “Kələm steyki” resepti həm sosial medianın gündəmində olması, həm də veganlar və əsasən tərəvəz yeyənlər üçün sağlam alternativ olması ilə seçilir. Evdar.az ətə alternativ olan son zamanların çox məşhur “Kələm Steyk”inin reseptini təqdim edir.

2022-ci İlin Trend Yeməyi: Əti Əvəz Edən “Kələm Steyk”in tərkibi:

  • 1 ədəd orta ölçülü baş kələm (ağ və ya bənövşəyi)
  • 3 xörək qaşığı zeytun yağı
  • 1 çay qaşığı qaya duzu
  • 1/2 çay qaşığı istiot
  • kəklikotu, zirə, qırmızı bibər tozu, limon qabığı, bibər tozu
  • 1 diş sarımsaq

2022-ci İlin Trend Yeməyi: Əti Əvəz Edən “Kələm Steyk”in hazırlanma qaydası:

İlk öncə soba sinisinə yağlı kağız sərin və kələmin kənar yarpaqlarını  çıxarın. Kələmin hər birinin qalınlığı təxminən 1-1,5 sm olan dairələr formasında (təkər formasında) kəsib siniyə yerləşdirin. İstədiyiniz ədviyyatları yağ, duz və istiotla qarışdırın. Kələmlərə ədviyyatlı yağı yaxın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 18-20 dəqiqə və ya kənarlarının gözəl xırtıldayan olduğunu və səthin karamelləşməyə başladığını görənə qədər bişirin. Seçdiyiniz souslar və ya sarımsaqlı qatıqla soyuq və ya isti halda süfrəyə verə bilərsiniz.

 

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.