24 Saata Marinə Edilmiş Turp

Yields: 1 Serving

Ət yeməklərinin yanında süfrəyə vermək üçün əla bir məzə hazırlaya bilərsiniz. Hazırlanması asan olan marinə olunmuş turp 24 saatdan sonra yeməyə hazırdır. Evdar.az marinə olunmuş turpun hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

  • 400 qr turp
  • 3 diş sarımsaq
  • 300 ml su
  • 1 xörək qaşığı şəkər tozu
  • 1 xörək qaşığı duz
  • 2 ədəd dəfnə yarpağı
  • 5-10 dənə istiot
  • 2-3 ədəd yamay istiotu
  • 1 çay qaşığı üyüdülmüş keşniş toxumu

Hazırlanma qaydası:

İlk öncə turpları nazik dilimləyin. Sarımsağı da nazik dilimləyib turpun üzərinə əlavə edin. Bir qaba turp, sarımsaq, şəkər tozu, duz,dənə istiot, dəfnə yarpağı, keşniş toxumu, yamay istiotu və isti su əlavə edib yaxşıca qarışdırın. Daha sonra turpu suyuyla birgə bankaya doldurun. Bankanı 24 saatlıq soyuducuya yerləşdirin. 24 saata marinə olunmuş turp hazırdır.

Qeyd: Sterilizə edilmiş bankaları da bu cür turplarla doldurub qışa bağlaya bilərsiniz. Sərin bir yerdə saxlayın.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.