3 Məhsulla Bişməyən Şokoladlı Desert

Yields: 1 Serving

Yalnız 3 məhsulla bişməyən, jelatinsiz ləzzətli diyetik desert hazırlaya bilərsiniz. Evdar.az bişməyən şokoladlı desertin reseptini təqdim edir.

Tərkibi:

  • 200 qr tünd şokolad (şəkərsiz və ya acı şokolad)
  • 100 ml süd (0,5 % yağlılığı və ya istədiyiniz yağlılıqda)
  • 250 qr xama (15-20 %-lik )

Hazırlanma qaydası:

İlk öncə südü isidin, qaynatmayın! Üzərinə şokolad parçaları və ya damla şokoladı əlavə edib yarım dəqiqəlik saxlayın. Daha sonra yaxşıca qarışdırın. Xamanı da əlavə edib blenderlə və ya mikserlə bir dəqiqə çırpın. 15 sm-lik qəlibə və ya porsionluq formalara töküb 3-4 saatlıq soyuducuya yerləşdirin. Və ya bir gecə saxlayın. Bişməyən desert hazırdır!

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.