3 Məhsulla 5 Dəqiqəyə Qovun Dondurması

Yields: 1 Serving

Yalnız 3 məhsulla dadlı, təravətləndirici qovun dondurması hazırlaya bilərsiniz. Evdar.az qovun dondurmasının reseptini təqdim edir.

Qovun dondurmasının tərkibi:

  • 250 qr qovun (yemiş) ləti
  • 200 qr 35% yağlılığı qaymaq
  • 80 qr qatılaşdırılmış süd (zövqə görə)

Qovun dondurmasının hazırlanma qaydası:

Qovunun lətli hissəsini blenderlə püre halına gələnə qədər yaxşı əzin. Başqa bir qabda qaymaq və qatılaşdırılmış südü mikserlə yaxşıca çırpın. Qovun püresini çırpılmış qaymağa əlavə edib spatulayla qarışdırın. Hazırladığınız kütləni qəlibə töküb 2-3 saatlıq soyuducunun dondurucu rəfinə yerləşdirin. Hazır dondurmanı dondurma qabına qoyub üzərini qovun dilimləri ilə bəzəyin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir