5 Dəqiqəyə Hazırlayıb 2 Həftəyə Yeyə Biləcəyiniz Kiçik Soğan Turşusu

Yields: 1 Serving
Kiçik soğan turşusu ət yeməklərinin, kababların yanında süfrəyə verilir. Bu dadlı turşunu 5 dəqiqə hazırlayıb 2 həftəyə yeyə bilərsiniz. Evdar.az kiçik soğan turşusunun reseptini təqdim edir.

Tərkibi:

  • 650-700 qr kiçik soğan
  • 1 dolu xörək qaşığı duz
  • 1/2 çay qaşığı limon duzu
  • 2 ədəd dəfnə yarpağı
  • albalı yarpağı, razyana zövqə görə
  • 1 çay qaşığı keşniş toxumu
  • 2 ədəd mixək
  • 5-6 ədəd dənə istiot
  • sarımsaq
  • 2 ədəd qənd
  • 200 qr 4-5%-li üzüm sirkəsi
  • qaynar su

Hazırlanma qaydası:

İlk öncə soğanın qabıqlarını soyun. Soyduğunuz soğanları yuyub süzün. Bir qazanda su qaynadın. Su qaynamağa başladıqda ocağı söndürün. Yuyulmuş soğanları 1 dəqiqəlik qaynar suya salın. Daha sonra sudan çıxarıb başqa bir qabda soyuq suya tökün. Sterilizə edilmiş bankalara hər 1 kq-lıq bankaya 1/2 çay qaşığı limon duzu, 2 ədəd dəfnə yarpağı, albalı yarpağı, razyana çətiri, 1 çay qaşığı keşniş toxumu, 2 ədəd mixək, 5-6 ədəd dənə istiot əlavə edin. Hər bankaya 2 balaca diş sarımsaq və 2 ədəd qənd tökün. Tam soyuyan soğanları bankalara doldurun. Hər 1 kq bankaya 650-700 qr soğan lazımdır. 1 kq-lıq bankaya 1 dolu xörək qaşığı duz əlavə edin. Bankaya 200 qr-lıq stəkandan 1 barmaq əskik üzüm sirkəsi və üzərinə çıxana qədər qaynar su əlavə edin. Qapağını möhkəm bağlayıb tərs çevirərək qarışdırın. Daha sonra bir dəzgahın üzərində tərs çevirib gözlədin. Tam soyuduqdan sonra sərin yerdə saxlayın. Bu qaydayla hazırlayıb qışa da saxlaya bilərsiniz. Və ya 2 həftə sonra açıb istifadə edə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.