5 Dəqiqəyə Hazır: Tənbəl Deserti

Yields: 1 Serving

Elə vaxtlar olur ki, sadəcə 5 dəqiqənizi ayıraraq asan və dadlı bir desert hazırlamaq istəyirsiniz. Belə anlarda köməyinizə çatacaq ən dadlı və enerji verən desertlərdən birini sizə təqdim edirik. Evdar.az tənbəl desertinin reseptini təqdim edir.

Tənbəl desertin tərkibi:

  • 2 xörək qaşığı un
  • 1 ,5 xörək qaşığı şəkər tozu
  • 1/2 çay qaşığı qabartma tozu
  • 1 xörək qaşığı kakao
  • 1/2 stəkan süd
  • 2 xörək qaşığı maye yağ
  • 1 xörək qaşığı fıstıq əzməsi

Üzəri üçün:

  • 1 qaşıq dondurma

Tənbəl desertin hazırlanma qaydası:

Geniş bir fincana un, şəkər tozu , qabartma tozu və kakao töküb qarışdırın. Üzərinə süd və maye yağ töküb yaxşıca qarışdırın. Fıstıq əzməsini də əlavə edib yüngülcə xəmirə batırın. Fincanı mikrodalğalı sobaya yerləşdirin. Deserti mikrodalğalı sobanın ən yüksək rejimində 2 dəqiqə bişirin. Bişmiş desertin üzərinə bir qaşıq dondurma qoyub süfrəyə verə bilərsiniz. Bu desertə istəyə görə şokolad, çərəz və meyvə dilimləri də əlavə edə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir