6+ Aylıq Körpələr Üçün Düyülü Qatıq Şorbası

6+ Aylıq Korpeler Ucun Duyulu Qatıq Sorbası1
Yields: 1 Serving

Düyülü qatıq şorbası 6 aydan yuxarı körpələr üçün şəfa mənbəyidir. Evdar.az əlavə qidaya keçən körpələr üçün düyülü şorbanın reseptini təqdim edir.

6+ Aylıq Körpələr Üçün Düyülü Qatıq Şorbasının tərkibi:

  • 1 xörək qaşığı düyü
  • 1 stəkan bulyon (sümük suyu)
  • 1 stəkan isti su
  • 2 xörək qaşığı qatıq
  • 1 çay qaşığı tam buğda unu
  • 1 ədəd yumurta sarısı
  • 1 çay qaşığı zeytun yağı

6+ Aylıq Körpələr Üçün Düyülü Qatıq Şorbasının hazırlanma qaydası:

İlk öncə xörək qaşığı düyünü yaxşıca yuyub nişastasını çıxarın. Bir qazana 1 stəkan sümük suyu və 1 stəkan su töküb ocağa qoyun. Qaynamağa başladıqda düyü əlavə edib ocağı azaldın. Bir qabda qatıq, yumurta sarısı və unu yaxşıca çalın. Düyü yumşaldıqda qaynar bulyondan bir-iki qaşıq qatıqlı yumurtaya əlavə edib yaxşıca qarışdırın. Yavaş-yavaş qazana əlavə edib suyunu çəkib qatılaşana qədər vam odda bişirin. Şorba kimi deyil sıyıq konsistensiyasına gəldikdə ocağı söndürün. Şorbanı uşaq üçün kasaya töküb üzərinə bir çay qaşığı zeytun yağı səpin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir