A Vitamini və Beta-Karotinlə Zəngin Şorba

A Vitaminiyle Beta Karotinle Zengin Sorba
Yields: 1 Serving

Soyuq mövsümdə vitaminlərin əsl anbarı şorbadır. Evdar.az beta-karotinlə zəngin, A vitamini ehtiva edən balqabaqlı şorbanın reseptini təqdim edir.

A Vitaminiylə, Beta-Karotinlə Zəngin Şorbanın tərkibi:

  • 2 xörək qaşığı zeytun yağı
  • 1 ədəd soğan
  • 2 diş sarımsaq
  • 2 ədəd yerkökü
  • 1 ədəd kiçik ölçülü (400 qr ) balqabaq
  • 1 xörək qaşığı zəncəfil kökü
  • 1 çay qaşığı darçın tozu
  • 1/2 çay qaşığı muskat qozu rəndəsi
  • 1/2 çay qaşığı duz
  • 1/4 çay qaşığı istiot
  • 4 stəkan tərəvəz bulyonu və ya su
  • 400 ml kokos südü

A Vitaminiylə, Beta-Karotinlə Zəngin Şorbanın hazırlanma qaydası:

Orta istilikdə böyük bir qazanda zeytun yağını qızdırın. Doğranmış soğan və sarımsağı yağda yumşaq və şəffaf olana qədər təxminən 5-7 dəqiqə qovurun. Yerkökü və balqabağı təmizləyib kub formasında doğrayın. Zəncəfili də təmizləyib sürtgəcdən keçirin. Soğanın üzərinə doğranmış balqabaq. yerkökü və zəncəfil kökü əlavə edib qarışdırın. Darçın tozu, üyüdülmüş muskat qozu, duz, istiot, tərəvəz suyu və ya su əlavə edib qaynamağa qoyun. Qaynamağa başladıqdan sonra ocağı azaldın, qazanın qapağını örtüb 20-25 dəqiqə və ya tərəvəz yumşalana qədər bişirin. Əl blenderiylə şorbanı püre halına gələnə qədər yaxşıca qarışdırın. Şorbaya kokos südü də əlavə edib qarışdırın, 2-3 dəqiqə qaynadıb ocaqdan götürün. Şorbanı isti halda süfrəyə verin. Zövqə görə şorbanın üzərinə göyərti və suxari əlavə edə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir