A,C və K Vitaminiylə Zəngin Brokoli Çörəyi

Yields: 1 Serving

Tərkibində A, C və K vitaminləri zəngin olan brokolidən istifadə edərək immunitet sisteminizi gücləndirən çörək hazırlaya bilərsiniz. Bu çörək şəkər xəstələri, pəhrizdə olanlar və sağlamlığına diqqət edənlər üçün idealdır. Evdar.az faydalı və dadlı brokoli çörəyinin reseptini təqdim edir.

Brokoli Çörəyinin tərkibi:

  • 275 qr brokoli çiçəkləri
  • 3 ədəd yumurta
  • 150 qr pərinc unu (və ya arpa unu, qarabaşaq unu)
  • 2 çay qaşığı qabartma tozu
  • 1/2 çay qaşığı duz
  • zövqə görə balqabaq tumu, küncüt, günəbaxan tumu

Brokoli Çörəyinin hazırlanma qaydası:

İlk öncə brokolini yaxşıca yuyun. Brokoli çiçəklərini sürtgəcdən keçirin və dərin bir qaba tökün. Üzərinə yumurta, un, qabartma tozu və duz əlavə edib yaxşıca qarışdırın. Xəmiri yağlı kağız sərilmiş kiçik bir qəlibə töküb yayın. Üzərinə zövqə görə balqabaq tumu, günəbaxan tumu və küncüt səpib əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 35-40 dəqiqə bişirin. Bişən çörəyi sobadan çıxarıb dəmir torun üzərində soyudun. Soyuyan çörəyi dilimləyib süfrəyə verə bilərsiniz.

Ən dadlı çörək reseptləri Ən Dadlı Kulinariya Saytında

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir