Ağızda Ləzzətli Dad Yaradan Südlü Soyuq Paxlava

Yields: 1 Serving

Şokolad, süd və fıstığın bənzərsiz görüşü ilə mükəmməl dadına çatan soyuq paxlava, dadına görə deyil, həm də şərbətli şirniyyatlara nisbətən daha yüngül olduğu üçün dadan hər kəsi valeh edir. Damaqda əriyən və ağızda ləzzətli bir dad yaradan soyuq paxlava ləzzətinin sirri, şübhəsiz ki, südlə hazırlanan şərbətdədir. Evdar.az südlü soyuq paxlava reseptini təqdim edir.

Ağızda Ləzzətli Dad Yaradan Südlü Soyuq Paxlava

Tərkibi:

  • 1 litr süd
  • 4 stəkan şəkər tozu
  • 800 qr paxlavalıq yuxa
  • 200 qr kərə yağı
  • 1 stəkan duru yağ

Üzəri üçün:

  • 1 ovuc yaşıl fıstıq ləpəsi, fındıq və ya qoz ləpəsi
  • 1 xörək qaşığı kakao
  • 1 paket şokolad

Ağızda Ləzzətli Dad Yaradan Südlü Soyuq Paxlavanın hazırlanma qaydası:

Şərbəti hazırlamaq üçün bir qazana süd və şəkər tozu töküb ocağa qoyun. Şəkər tozu əriyənə qədər qarışdırın. Qaynamağa başladıqda bir dəqiqə zəif ocaqda qaynadıb ocaqdan götürün. Şərbəti soyuması üçün kənara qoyun.

Başqa bir qazanda kərə yağını əridib ocaqdan götürün. Üzərinə yığılan kəfi yığıb götürün. Daha sonra ərinmiş kərə yağının üzərinə duru yağı da əlavə edib qarışdırın. Təmizlənmiş yaşıl fıstığı (və ya qoz ləpəsi, fındıq ləpəsi, araxis) blenderdən keçirin və ya xırda doğrayın. Paxlava yuxalarını dəzgahın üzərinə açın. Bişirəcəyiniz sininin ölçüsündə yuxaları kəsin. Daha sonra sinini yağlayıb 2 qat yuxa sərin. Hər qata az-az yağdan əlavə edib yayın. Yuxaları bu qaydayla siniyə düzüb ara qatlarına bol çəkilmiş və ya çox xırda doğranmış fıstıq, qoz və ya fındıq ləpəsini səpin. Ən sonda iti bir bıçaqla paxlavanı dilimləyin. Qalan əridilmiş yağı da paxlavanın üzərinə gəzdirin. Sobanı əvvəlcədən 160 dərəcə qızdırın. Paxlavanı əvvəlcədən qızdırılmış sobada üzəri qızarana qədər bişirin. Bişən paxlavanı sobadan çıxartdıqdan 3-4 dəqiqə sonra soyuyan südlü şərbəti də üzərinə gəzdirin. Hazır paxlavanı soyuması üçün kənarda 30-40 dəqiqə saxlayın. Süfrəyə verdikdə isə üzərinə kakao səpin. Şokoladı sürtgəcdən keçirib paxlava dilimlərinin üstünə səpin. Və ya toz halına gətirdiyiniz yaşıl Antep fıstığıyla bəzəyə bilərsiniz.

Ən dadlı paxlava resepti Ən Dadlı Kulinariya Saytında!

Ağızda Ləzzətli Dad Yaradan Südlü Soyuq Paxlava

Ağızda Ləzzətli Dad Yaradan Südlü Soyuq Paxlava

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir