Ağzının Dadını Bilənlər Üçün Pazı Şorbası

Yields: 1 Serving

Yaxın dostu ispanaqla tez-tez qarışdırılan, lakin dad baxımından ona bənzəməyən pazı şəfa anbarıdır. İmmuniteti gücləndirən pazıdan dadlı və faydalı şorba hazırlayaraq süfrələrinizə ləzzət qata bilərsiniz. Evdar.az ağzının dadını bilənlər üçün pazı şorbasının reseptini təqdim edir.

Tərkibi:

  • 1 xörək qaşığı kərə yağı
  • 2 xörək qaşığı un
  • 1 dəstə pazı
  • duz, istiot, bibər tozu

Üzəri üçün:

  • pul bibər
  • kərə yağı

Hazırlanma qaydası:

Un və yağı qoxusu çıxana qədər qovurun. Qaynar su əlavə edib unu açın. Pazıları barmaq qalınlığında doğrayıb qazana əlavə edin. Duzunu və ədviyyatları əlavə edib qarışdırın. Pazılar yumşaldıqda blenderdən keçirin və ocağa qoyub bir buğum qaynadın. Üzəri üçün kərə yağını qızdırıb pul bibər əlavə edin. Şorbanın üzərinə bibərli kərə yağını əlavə edib isti halda süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir