Ailəvi Şam Yeməyi Üçün Tez Hazırlanan Dadlı Toyuq Qulyaşı

Yields: 1 Serving

Pəhriz reseptlərinə üstünlük verirsinizsə toyuq qulyaşını hazırlaya bilərsiniz. Evdar.az ailəvi şam yeməyi üçün tez hazırlanan ləzzətli toyuq qulyaşının reseptini təqdim edir.

Tərkibi:

  • 500 qram toyuq filesi
  • 1 ədəd soğan
  • 1 ədəd bolqar bibəri
  • 1 ədəd yerkökü
  • 2 xörək qaşığı tomat pastası
  • 2 çay qaşığı ketçup
  • qızartmaq üçün bitki yağı
  • istiot, kabab üçün ədviyyat
  • 2 stəkan soyuq su

Hazırlanma qaydası:

Toyuq filesini soyuq suyun altında yuyub orta kub formasında doğrayın. Soğanı da soyub nazik yarım halqa formasında doğrayın. Əvvəlcədən isidilmiş tavaya soğanı töküb aşağı istilikdə bişirin. Yerkökü və bolqar bibərini kiçik uzun zolaqlar formasında doğrayın. Soğanı qovurduqdan təxminən üç dəqiqə sonra üzərinə yerkökünü əlavə edin. Yerkökü və soğan yaxşıca qızardılmalıdır. Daha sonra toyuq filesini də əlavə edib qarışdırın və 5 dəqiqədən sonra doğranmış bolqar bibərini əlavə edin. Kiçik bir qabda tomat pastası, ketçup, duz və istiotu qarışdırın. Toyuq filesinin üzəri qızılı rəngli qabıq olmağa başladıqda ketçuplu qarışığı əlavə edib qarışdırın. Üzərinə iki stəkan soyuq su və ədviyyatları töküb bişirin. Qulyaş qaynamağa başladıqda ocağı azaldın. Tavanın qapağını örtüb 15 dəqiqə bişirin. Qapağı bir neçə dəfə açıb qarışdırın. Dadına baxıb ehtiyyac olarsa duz əlavə edin. Hazır yeməyi süfrəyə kartof püresi və ya makaron ilə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.