Albalılı Piramida Tortu

Yields: 1 Serving

Bu tortun dadı və görünüşü qəlbləri fəth edəcək. Evdar.az albalılı piramida tortunun reseptini təqdim edir.

Tərkibi:

  • 50 ml isti süd
  • 20 qr maya
  • 1 xörək qaşığı şəkər tozu
  • 3 ədəd yumurta sarısı
  • 270 qr un
  • 100 qr otaq temperaturunda kərə yağı

İçlik üçün:

  • Konservləşdirilmiş albalı

Krem üçün:

  • 150 qr kərə yağı
  • 100 qr şəkər kirşanı
  • 1 paket vanil
  • 500 qr maskarpone

Üzəri üçün:

2 xörək qaşığı kokos

Hazırlanma qaydası:

İlk öncə südün üzərinə şəkər tozu və maya töküb qarışdırın. Bir qabda unun üzərinə yumurta sarısı, yumşaq yağ və mayalı südü əlavə edib xəmir yoğurun. Xəmirdən 35×26 sm ölçüdə yayın. Yaydığınız xəmirdən 10 ədəd düzbucaqlı şəkildə kəsin. Konservləşdirilmiş albalıları daha uzun kənar boyunca bir-birinin yanına qoyun və xəmiri sıx bir şəkildə yuvarlayın. Bu qaydayla yuvarladığınız xəmirləri yağlı kağız sərilmiş soba sinisinə yerləşdirin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirib soyudun.
Kremi hazırlamaq üçün kərə yağını şəkər kirşanıyla mikserlə çırpın. Üzərinə maskarpone pendirini, kokosu və vanili əlavə edib çırpmağa davam edin.
Tortu servis edəcəyiniz qaba 4 ədəd albalılı çubuqları krem yaxaraq yan-yana düzün. Daha sonra 3 ədədini kremləyib üzərindən düzün. Qalanını da üzərinə düzün və hər tərəfli kremləyin. Tortun üzərinə kokos səpib bir neçə saatlıq və ya bir gecəlik soyuducuya yerləşdirin. Daha sonra dilimləyib süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.