Armud Formalı Ləzzətli Peçenye

Yields: 1 Serving

Pürrəngi çayın yanında ləzzətlə yeyilən peçenyeyə kim yox deyə bilər? Evdar.az armud görünüşlü ləzzətli peçenyenin reseptini təqdim edir.

Tərkibi:

  • 250 qr kərə yağı və ya marqarin
  • 1 çay qaşığı maye yağ
  • 5-6 xörək qaşığı şəkər kirşanı
  • 1 ədəd yumurta
  • 1 paket qabartma tozu
  • 1 paket vanil
  • apardığı qədər un
  • 1 kasa ispanaq yarpağı

İçlik üçün:

  • 3 ədəd alma
  • 5-6 dənə əncir qurusu
  • 3-4 xörək qaşığı kokos
  • 1 stəkan şəkər tozu
  • 1 kasa qoz

Üzəri üçün mixək

Hazırlanma qaydası:

İçliyi hazırlamaq üçün almaları sürtgəcdən keçirin. Üzərinə şəkər tozu əlavə edib tavada yumşalıb şirəsi çəkilənə qədər bişirin. Əncirləri kub formasında doğrayın. Bişən içliyə doğranmış əncir qurusu, qoz və kokos əlavə edib qarışdırın. Ocaqdan götürüb soyuması üçün kənara qoyun.

1 kasa ispanaq yarpaqlarını yuyub qurudun. Daha sonra mətəx robotuna yerləşdirib üzərinə bitki yağı əlavə edib püre halına gətirin.

Xəmiri hazırlamaq üçün otaq temperaturunda yumşaldılmış kərə yağının üzərinə yumurta, şəkər kirşanı, pür halına gətirdiyiniz ispanaqları, qabartma tozu, vanil və apardığı qədər un əlavə edib xəmir yoğurun. Xəmiri 5-10 dəqiqə kənarda saxlayın. Daha sonra xəmirdən qoz böyüklüyündə tikə qoparıb yuvarlayıb. Barmağınızıla orta hissəsində çox incəltmədən oyuq açın. İçlik qoyub bükün və armud forması verin. Bu qaydayla xəmirdən içliklə doldurulmuş armud formaları hazırlayın. Hər armudun üzərinə mixək dənəsi batırıb yağlı kağız sərilmiş soba sinisinə yerləşdirin. Əvvəlcədən 170 dərəcə qızdırılmış sobada bişirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir