Arpa Yarmalı Dadlı Şorba

Yields: 1 Serving

Bu üsulla hazırlanan şorbanı şorba sevməyənlər belə çox bəyənəcək. Evdar.az arpa yarması şorbasının reseptini təqdim edir.

Tərkibi:

  • 1 stəkan arpa yarması (perlova)
  • 1 ədəd soğan
  • 1 ədəd yerkökü
  • 2 diş sarimsaq
  • 2 xörək qaşığı yağ
  • 1 xörək qaşığı tomat
  • 4-5 tikə toyuq əti (və ya hinduşka əti)
  • 1 ədəd kartof
  • 2-3 budaq keşniş

Hazırlanma qaydası:

Bir stəkan arpa yarmanı 2-3 saat əvvəlcədən isti suda isladın. Ətə duz əlavə edib qaynadın və bulyonu ayırın. Soğanı doğrayıb yağda qovurun, üzərinə sürtgəcdən keçirilmiş sarımsaq və yerkökü əlavə edib. Üzərinə tomat və ətləri də əlavə edib qarışdırın. Ət suyu və arpa yarmasını da əlavə edib qaynamağa qoyun. Suyu az olarsa əlavə edə bilərsini. Ətin suyuna duz əlavə edildiyi üçün dadına baxaraq zövqə görə duz əlavə edə bilərsiniz. Yarpa bişib açılana yaxın kiçik doğranmış kartofu də əlavə edin. Hazır yeməyi boşqaba çəkin, üzərinə pul bibər və keşniş əlavə edib süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.