
Təzə çiyələklərin mövsümü bitməmiş yumşaq və ləzzətli keks hazırlaya bilərsiniz. Evdar.az saytı asanlıqla hazırlaya biləcəyiniz çiyələkli keks reseptini təqdim edir.
Asan Hazırlanan Yumşaq Çiyələkli Keksin tərkibi:
- 2 ədəd yumurta
- 0.5 stəkan şəkər tozu
- 0.5 stəkan maye yağ
- 0.5 stəkan un
- 1 stəkan süd
- 1 paket qabartma tozu
Qəlibi yağlamaq üçün:
- 1 çay qaşığı kərə yağı
Üzəri üçün :
- 1 paket şant krem
- 1 stəkan süd
- 10-12 ədəd çiyələk
Asan Hazırlanan Yumşaq Çiyələkli Keksin hazırlanma qaydası:
İlk öncə bir qabda 2 ədəd yumurta və şəkər tozunu mikserlə yaxşıca çırpın. Üzərinə 1 paket qabartma tozu, 1 stəkan süd, yarım stəkan maye yağı əlavə edib çırpmağa davam edin. Daha sonra hazır olan kütləyə yarım stəkan unu ələyin. Taxta qaşıqla və ya spatulayla ehtiyyatla qarışdırın. Kek qəlibini (baton formalı) kərə yağıyla yağlayın. Hazır kütləni qəlibə töküb əvvəlcədən 170 dərəcə qızdırılmış sobada təxminən 45 dəqiqə bişirin. Üzəri üçün bir qabda şanti kremin üzərinə süd əlavə edib mikserlə 3-4 dəqiqə qatlaşanadək çırpın. Bişib soyuyan keksin üzərinə çırpdığınız şanti kremi yaxın. Keksin üzərinə doğranmış çiyələkləri düzün.
Nuş olsun!
Ingredients
- Qəlibi yağlamaq üçün:
- Üzəri üçün :
- Hazırlanma qaydası: İlk öncə bir qabda 2 ədəd yumurta və şəkər tozunu mikserlə yaxşıca çırpın. Üzərinə 1 paket qabartma tozu, 1 stəkan süd, yarım stəkan maye yağı əlavə edib çırpmağa davam edin. Daha sonra hazır olan kütləyə yarım stəkan unu ələyin. Taxta qaşıqla və ya spatulayla ehtiyyatla qarışdırın. Kek qəlibini (baton formalı) kərə yağıyla yağlayın. Hazır kütləni qəlibə töküb əvvəlcədən 170 dərəcə qızdırılmış sobada təxminən 45 dəqiqə bişirin. Üzəri üçün bir qabda şanti kremin üzərinə süd əlavə edib mikserlə 3-4 dəqiqə qatlaşanadək çırpın. Bişib soyuyan keksin üzərinə çırpdığınız şanti kremi yaxın. Keksin üzərinə doğranmış çiyələkləri düzün. Nuş olsun!
Salam. WOLT-la edəcəyiniz ilk 3 sifarişinizdə 6AZN bonus + bir çox restoran və mağazadan pulsuz çatdırılma/endirimlər. PROMOKOD: .