Category: Qarnir və Souslar
Cuisine: Fransa Mətbəxi
Yields:
1 Serving
Beşamel sousu dünya mətbəxinin ən sevilən və əvəzolunmaz sousları arasındadır. Fransız mətbəxindən gələn Beşamel (béchamel) ət yeməklərində, tərəvəz yeməklərində ləzzət verməsi məqsədiylə istifadə edilir. Evdar.az beşamel sousunu ev şəraitində ən asan üsulla hazırlanma qaydasını təqdim edir.
Asan Və Dadlı Beşamel Sous
Beşamel Sousun tərkibi:
- 50 qr kərə yağı
- 50 qr un
- 500 ml süd
- zövqə görə 1 çimdik üyüdülmüş muskat qozu
- duz
- istiot
Beşamel Sousun hazırlanma qaydası:
İlk öncə kərə yağını balaca qazançaya töküb orta ocaqda əridin. Üzərinə un əlavə edib yaxşıca qarışdırın. Südü də əlavə edib topaqlanmaması üçün dayanmadan qarışdırıb qaynadın. Duz töküb qapağı bağlı şəkildə arabir qarışdıraraq təxminən 20 dəqiqə qatılaşanadək bişirin. Ocaqdan götürüb üzərinə muskat qozunun tozunu səpin. Sous hazırdır!
Nuş Olsun!
