Asiya Mətbəxinin Ləziz Döyülmüş Xiyar Salatı

Asiya Metbexinin Leziz Doyulmus Xiyar Salatı
Yields: 1 Serving

Çin üsulu döyülmüş xiyar salatını yemək üçün Azərbaycanda fəaliyyət göstərən, Asiya mətbəxini təmsil edən restoranlara getməyə ehtiyac yoxdur. Qeyri-adi dadı ilə hər kəsin sevəcəyi salatı ev şəraitində hazırlaya bilərsiniz. Evdar.az Asiya mətbəxinin döyülmüş xiyar salatının reseptini təqdim edir.

Asiya Mətbəxinin Ləziz Döyülmüş Xiyar Salatının tərkibi:

  • 5-6 ədəd orta ölçülü xiyar
  • yarım dəstə yaşıl soğan
  • 2 diş sarımsaq
  • 100 ml soya sousu
  • 1 xörək qaşığı bal
  • 1 xörək qaşığı küncüt yağı
  • pul bibər, küncüt toxumu zövqə görə
  • 50 qr qovrulmuş fıstıq ləpəsi

Asiya Mətbəxinin Ləziz Döyülmüş Xiyar Salatının hazırlanma qaydası:

İlk öncə xiyarları yaxşıca yuyun və mətbəx çəkici ilə elə döyün ki, çatlasın. Döyərək əzilmiş, hissələrə bölünmüş xiyarları süzgəcə qoyub üzərinə duz əlavə edin və artıq nəmini süzməsi üçün kənarda gözlədin.

Başqa bir qabda xırda doğranmış yaşıl soğan, soya sousu, bal, rəndələnmiş sarımsaq, küncüt yağı, qırmızı pul bibər, küncüt toxumları və qovrulmuş fıstıq ləpəsini əlavə edib qarışdırın. Salatı hazırlayacağınız qaba döyülmüş xiyarları və sousu töküb qarışdırın. Hazır salatı çəngəllə və ya yemək çubuqlarıyla yeyə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir