“Axşama Nə Bişirim?” Deyənlər Üçün Sultan Kababı

Yields: 1 Serving

“Axşama nə bişirim?” dediyiniz günlərdə asan və ləzzətli Sultan kababı hazırlaya bilərsiniz. Sultan kababı tərəvəz, qırmızı ət və ya toyuqla doldurularaq sobada nar kimi qızardılan yeməkdir. Ləzzətli süfrənizdə bu iştahaaçan görüntüdən həzz almağınızı istəyirsinizsə Türk mətbəxinin ləziz Sultan kababını bişirin. Evdar.az Sultan kababının reseptini təqdim edir.

“Axşama nə bişirim?” Deyənlər Üçün Sultan Kababının tərkibi:

  • 500 qr dana əti
  • 2 ədəd kartof
  • 2 ədəd yerkökü
  • 1 ədəd soğan
  • 4 ədəd pomidor
  • 1 ədəd bibər
  • 2 xörək qaşığı kərə yağı
  • duz, istiot
  • lavaş

Sousu üçün:

  • 2 xörək qaşığı kərə yağı
  • 2 xörək qaşığı un
  • 2 stəkan süd
  • duz, istiot
  • holland pendiri

“Axşama nə bişirim?” Deyənlər Üçün Sultan Kababının hazırlanma qaydası:

İlk öncə tavaya yağ əlavə edib kiçik kub formasında doğranmış mal ətini çox qurutmadan tavanın qapağı örtülü şəkildə bişirin. Daha sonra soğanı əlavə edib qarışdırın. Duz, istiot, kiçik kub formasında doğranmış kartof və yerkökü də əlavə edib qapağını örtün. Bir az daha bişdikdən sonra pomidoru əlavə edin.

Lavaşı bir boş kasanın içinə yerləşdirib ətli içliklə doldurun. Lavaşın kənarlarını örtüb soba sinisinə yerləşdirin. Bu qaydayla içlik bitənə qədər lavaşları doldurun.

Sousu hazırlamaq üçün kiçik bir qazançada unu yağda qovurun. Üzərinə süd, duz və istiot əlavə edib qarışdırın. Bükülən lavaşların üzərinə sousdan töküb sürtgəcdən keçirilmiş holland pendiri əlavə edin. Əvvəlcədən  190 dərəcə qızdırılmış sobada üzəri qızaranadək  15 dəqiqə bişirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir