
Azərbaycanın milli şirniyyatlarından biri də Süd çörəkdir. Buna Şirin çörək də deyilir. Evdar.az dadlı və yumşaq süd çörəyinin reseptini təqdim edir.
Azərbaycanın Milli Şirin Çörəyi
Süd Çörəyin tərkibi:
- 1 ədəd yumurta
- 2,5 stəkan süd
- 2oo qr əridilmiş kərə yağı
- 1 çay qaşığı quru maya
- 1 stəkan şəkər tozu
- vanil
- 1 çay qaşığı sarıkök
- 7 stəkan un
Süd Çörəyin hazırlanma qaydası:
Dərin bir qabda 1 stəkan ilıq südə maya, 1 çimdik duz, 1 xörək qaşığı şəkər tozu əlavə edib qarışdırın. Mayalanması üçün isti yerə qoyun. Qalan südü də isidib xəmiri yoğuracağınız qaba tökün. Üzərinə əridilib soyudulmuş kərə yağı, yumurta, şəkər tozu, sarıkök və maya qarışığını əlavə edib qarışdırın. Ələnmiş unu az-az əlavə edib yumşaq xəmir yoğurun. Xəmirin üstünü örtüb 1 saat isti yerdə saxlayın. Mayalanan xəmiri yenidən yoğurub yenə 1 saat yaxşı acıması üçün gözlədin. Vaxt tamam olduqda xəmirdən kündələr qoparın. Kündələri siniyə əllə yayıb, üzərinə çəngəllə naxışlar çəkin. Üzərinə otaq temperaturunda olan yumurta sarısı çəkib əvvəlcədən 200 dərəcə qızdırılmış sobada qızaranadək bişirin.
Ən dadlı çörək resepti Ən Dadlı Kulinariya Saytında!
Nuş Olsun!
Eyni bu qaydada hazırladım çox gözəl xəmir alındı.