Azərbaycan Mətbəxinin Unudulmuş “Küftə Qır-Qır” Yeməyi

Yields: 1 Serving

“Küftə Qır-qır” Abşeron əhalisinin unudulmuş xörəkləri arasında qızartma növlərindən birinə aiddir. Bu yemək adətən plov üçün “xuruş” kimi hazırlanırdı, ancaq bir az sulu saxlayaraq çörəklə də yeyilə bilər. Küftə qır-qır yeməyi daha çox soyuq mövsümdə hazırlanır. Evdar.az unudulmuş “küftə qır-qır” yeməyinin reseptini təqdim edir.

Azərbaycan Mətbəxinin Unudulmuş “Küftə Qır-Qır” Yeməyinin tərkibi:

  • 400 qr qoyun əti
  • 1 ədəd soğan
  • 300 qr şabalıd (bişmiş)
  • 10 qr alça və ya gavalı qurusu
  • 3 stəkan su
  • duz, istiot, sarıkök
  • zövqə görə darçın tozu, zəncəfil tozu
  • keşniş
  • duru yağ

Unudulmuş “Küftə Qır-Qır” Yeməyinin hazırlanma qaydası:

İlk öncə soğanı xırda doğrayın. Bir qabda quzu qiyməsi, soğan, duz, istiot, zövqə görə darçın və zəncəfil tozu əlavə edib qarışdırın. Qiymədən qoz böyüklüyündə küftələr yuvarlayın. Hazır küftələri tavada qızdırılmış yağda hər tərəfli qızardın. Qızartdıqdan sonra üzərinə əvvəlcədən təmizlənmiş bişmiş şabalıd əlavə edin. Üzərinə su və gavalı qurusu əlavə edib tavanın qapağını örtün. Yemək vam odda suyu buxarlanıb az maye qalana qədər bişirin. Bişən yeməyə xırda doğranmış keşniş əlavə edib süfrəyə verə bilərsiniz.

Bu yemək adətən plovla birlikdə xuruş kimi süfrəyə verilir. Plovla yeyildikdə bütün mayeni buxarlandırıb yalnız yağı qalana qədər bişirin. Çörəklə yeyildikdə isə bulyonundan bir az saxlayın.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir