Azərbaycan Milli Mətbəxinin Ləziz Təamı- Çürük Qayğanaq

azerbaycan milli metbexinin leziz teamı curuk qayganaq
Yields: 1 Serving

Azərbaycan milli mətbəxinin ləziz təamı “Çürük qayğanaq” yeməyinə Balakəndə “Şor qaynatma”, Salyanda “Qarışdırma”, Avarlarda “Məqəş”, Qaxda “Yumurtalı Şor” deyirlər. Tez hazırlanan bu ləziz yemək səhər süfrələrinin əvəzolunmazıdır.

Qədim dövrdə pendir hazırlamaq istəyərkən nəticə uğursuz olduqda həmin pendirin üstünə yumurta vurub belə qayğanaq edərdilər. Hətta o “çürük” pendir saqqız kimi uzanarmış.

Evdar.az “çürük qayğanaq” yeməyinin reseptini təqdim edir.

Azərbaycan Milli Mətbəxinin Ləziz Təamı

Çürük Qayğanağın tərkibi:

  • 5 ədəd yumurta
  • 120 qr kəsmik
  • 30 qr kərə yağı
  • zövqə görə duz, istiot
  • üzəri üçün bal və ya göyərti

Çürük Qayğanağın hazırlanma qaydası:

İlk olaraq tavada kərə yağını əridin. Əridilmiş yağın üzərinə kəsmik əlavə edib qarışdırın. Qaynayan yağlı kəsmiyə yumurtaları əlavə edin və qarışdırıb qayğanağı bişirin. Üzərinə zövqə görə duz, istiot əlavə edib bişən qayğanağı ocaqdan götürün. Servis edəcəyiniz qaba yeməyi töküb üzərinə bal gəzdirib və ya doğranmış göyərti səpib süfrəyə verin.

Ən dadlı reseptlər Ən Dadlı Kulinariya Saytında!

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir