B12 Vitamin Mənbəyi-Göbələkli Sousla Bifşteks

Yields: 1 Serving

Bifşteks, dananın diz oynağının yuxarı hissəsinə deyilir. Bud ilə böyrəyin altında olan bu ət ən qiymətli yeri hesab olunur. Çünki bu bölgədə demək olar ki, sinir və yağ yoxdur. Dana əti sink və B12 vitamini baxımından olduqca zəngin bir qidadır. Bu faydalı ətlə göbələklərin qarışması ortaya olduqca ləzzətli bir yemək çıxarır. Evdar.az göbələkli sousla bifşteks reseptini təqdim edir.

Tərkibi:

  • 1 kq bifşteks

Göbələkli Sous Üçün

  • 100 qr göbələk
  • 15 qr kərə yağı
  • 300 ml qaymaq
  • 4 qr duz
  • 4 qr istiot
  • 2 diş sarımsaq

Marine etmək üçün:

  • 100 ml zeytun yağı
  • 2 diş sarımsaq
  • 5 qr istiot
  • 5 qr dəniz duzu
  • 100 ml qırmızı şərab

Hazırlanma qaydası:

İlk öncə zeytun yağını və şərabı yaxşıca qarışdırın. Üzərinə rəndələnmiş sarımsaq əlavə edib köpürtmədən yüngül hərəkətlərlə qarışdırın. Ədviyyatları da əlavə edib ehtiyyatla qarışdırın. Marine qarışığını geniş bir qaba tökün. Bifşteksləri hər parçası 200 qr olacaq şəkildə dilimləyin. Marine qabına ətləri əlavə edin soyuducuda 1 gün, otaq istiliyində isə 3 saat gözlədin.

Sousu hazırlamaq üçün göbələkləri saplarından ayrılıb istədiyiniz formada doğrayın. Ardından kərəyağı ilə yüngül qovurun. Qovrulan göbələklərin üzərinə rəndələnmiş sarımsaq əlavə edin. 10 – 15 saniyə sonra ədviyyatları da əlavə edib qarışdırın.Təxminən 20 – 30 saniyə sonra da qaymağı əlavə oedib konsistensiyası tutana qədər yüngül ocaqda bişirin.

Bifşteksləri marine qabının içindən çox süzülməyəcək şəkildə bişəcəyi tavaya qoyun. Adətən bifştekslər və ya ocaqda bişirilir. Əgər mühit uyğun deyilsə tavada istənilən dərəcədə bişirilir.
Porsionluq bifşteksləri servis edəcəyiniz boşqaba bölüşdürün. Üzərlərinə əvvəlcədən hazırlanan sousu, isti və 1 ya da 1, 5 xörək qaşığı əlavə edin.

Qeyd:

  • Bifşteks və ya hər hansı bir qızardılacaq ət məhsulunun ortası yüngül çəhrayı qalacaq şəkildə bişirilməsi tövsiyə olunur.
  • Ət sobada bişiriləcəksə, əvvəlcədən 170 dərəcədə qızdırılmış sobada 10 dəqiqə bişirmək kifayətdir.
  • Tərəvəz qarnituru ya da kartof püresi ilə süfrəyə verilməsi məsləhətdir.
  • Süfrəyə verdikdə təzə kəklikotu və ya incə doğranmış göyərtiylə bəzəyə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.