Soğan bozbaşı, Soğan suyu, Soğan sulu xörəyi adlanan ləziz şorba Bakı mətbəxinin ən dadlı və qədim yeməklərindən biridir. Ətsiz bişirilən bu şorba evdə olan məhsullardan hazırlandığı üçün kasıb yeməyi də deyilir. Evdar.az Bakı mətbəxinin qədim yeməyinin reseptini təqdim edir.
Bakı Mətbəxinin Qədim Kasıb Yeməyi : Soğan Bozbaşı, Soğan Sulunun tərkibi:
- soğan
- kərə yağı
- qaynar su
- kartof
- qaragöz lobya
- duz, istiot, sarıkök
Bakı Mətbəxinin Qədim Kasıb Yeməyi : Soğan Bozbaşı, Soğan Sulunun tərkibi:
İlk öncə soğanı kiçik kub formasında doğrayın.Qazanda kərə yağını əridib soğanı yağda qovurun. Üzərinə qaynar su və iri kub formasında kartofu əlavə edib qarışdırın. Zövqə görə yuyulmuş düyü də əlavə edə bilərsiniz. Əvvəlcədən bişirilmiş qaragöz lobya, duz, istiot və sarıkök əlavə edib bişirin. Kasada 1 ədəd yumurtanı çəngəllə yüngül çırpın. Çırpılmış yumurtanı qaynayan şorbaya az-az əlavə edib qarışdırın. Daha 3-4 dəqiqə bişirib ocaqdan götürün. Üzərinə nanə qurusu əlavə edib süfrəyə verin.
Nuş Olsun!