Banan Ətirli Şirin Çörək

Yields: 1 Serving

Çörəyi düzgün bişirmək bütöv bir elmdir. Hər kəsin bişirdiyi çörəkdən fərqli olaraq banan ətirli şirin çörəklə qonaqlarınızı təəcübləndirmək istərdinizmi? Evdar.az həm ləzzətli, həm də şirin qəlyanaltı olan bananlı çörəyin reseptini təqdim edir.

Tərkibi:

  • 2 stəkan un
  • 1 çay qaşığı soda
  • 1/4 çay qaşığı duz
  • 1/2 stəkan kərə yağı
  • 3/4 stəkan qəhvəyi şəkər tozu
  • 2 ədəd yumurta
  • 400 qr banan püresi

Hazırlanma qaydası:

Bir qabda un, duz və sodanı qarışdırın. Xəmiri yoğuracağınız qaba qəhvəyi şəkər tozu və əridilmiş kərə yağını töküb qarışdırın. Üzərinə banan püresi və yumurta əlavə edib yaxşıca qarışdırın. Unlu qarışığı da əlavə edib xəmir yoğurun. Kiçik və dərin qazançanı yağlayıb xəmiri yerləşdirin. Əvvəlcədən 175 dərəcə qızdırılmış sobada təxminən 1 saat bişirin. Çörəyin hazır olmasını çöplə yoxlaya bilərsiniz. Batırdığınız çöp təmiz çıxırsa çörək hazırdır. Sobadan götürdüyünüz çörəyi 10 dəqiqə qazanda soyudun və dəmir torun üzərinə yerləşdirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.