Bayram Masanızı Bəzəyəcək Qırmızı Papaq Salatı

Yields: 1 Serving

Özünəməxsus dadı və gözəl dekorasiyaya malik zərif və doyurucu “Qırmızı papaq” salatı bayram masanızı bəzəyəcək. Evdar.az narla bəzədilmiş ləzzətli salatın reseptini təqdim edir.

Tərkibi:

  • 300 qr toyuq filesi
  • 250 qr kartof
  • 200 qr yerkökü
  • 250 qr mayonez
  • 4 ədəd yumurta
  • 150 qr pendir (bərk pendir və ya mərmər pendir)
  • ½ nar
  • 50 qr qoz ləpəsi

Hazırlanma qaydası:

İlk öncə toyuq filesini suda bişirin. Başqa bir qabda yumurta, kartof və yerkökünü də suda bişirin. Narı dənələyin, qozu bıçaqla xırdalayın. Bişən fileni kiçik kub formasında doğrayın. Bişmiş, qabığı soyulmuş yumurtanı rəndələyin. Kartofu və yerkökbü də kiçik kublar şəklində doğrayın. Pendiri də rəndələyin. Salatı hazırlayacağınız boşqaba halqa forması yerləşdirin.
İlk qata kartof yayın. Duz, istiot səpib mayonez yaxın.
İkinci qata rəndələnmiş pendiri yayıb mayonez yaxın.
Üçüncü qata yerkökünü yayıb mayonez yaxın.
Dördüncü qata toyuq filesini düzüb mayonez yaxın.
Beşinci qata xırdalanmış qoz ləpəsi səpib mayonez yaxın.
Altıncı qata rəndələnmiş yumurtanı da yayın.
Ən sonda üzərinə nar dənəsi səpin. Halqa formasını çıxarın və salat hazırdır.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.