Bayram Süfrəsi Üçün Yolka Oyuncağı Keksi

Yields: 1 Serving

Bayram süfrənizi bəzəyəcək və uşaqlarınızı sevindirəcək qeyri-adi keks. Evdar.az yolka oyuncağı keksinin  reseptini təqdim edir.

Tərkibi:

  • 3 ədəd yumurta
  • 250 qr şəkər tozu
  • 125 qr kərə yağı
  • 100 ml süd
  • 2 çay qaşığı qabartma tozu
  • zövqə görə vanil
  • 250 qr un

Arasına yaxmaq üçün istədiyiniz krem

Üzəri üçün çəhrayı rəngli, ağ rəngli, boz rəngli mastika (şirin xəmir)

Hazırlanma qaydası:

Keksi hazırlamaq üçün bir qabda yumurta və şəkər tozunu mikserlə çırpın. Üzərinə kərə yağı və süd əlavə edib çırpmağa davam edin. Ələnmiş un, vanil və qabartma tozunu də əlavə edib qarışdırın. Hazır keks xəmirini 2 hissəyə bölüb yağlanmış yuvarlaq formaya töküb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 40-50 dəqiqə bişirin. Bişən keksləri qəlibdən çıxarıb soyuması üçün kənara qoyun. Soyuyan keksin bir yarım hissəsinin arasına krem yaxıb ikinci yarım hissəsinin üzərinə çevirin. Yuvarlaq top şəkli alan keksi hər tərəfli kremləyin. Mastikaya (şirin xəmirə) şirniyyat üçün istifadə edilən çəhrayı rəng qataraq yaxşıca yoğurun. Mastikanı yağlı kağız üzərində oxlovla yayıb, yuvarlaq keksin üstünü örtüb artıq hissəsini kəsib götürün (alt hissəsinin boşqaba oturması üçün bir az kəsərək düzləşdirə bilərsiniz). Ağ rəngli mastikadan qar dənəciyi dekorasiyası kəsərək çəhrayı mastikanın üzərinə su vuraraq yapışdırın. Oyuncağın asacağı şəkli üçün boz rəngli mastikadan kəsib forma verin.

   

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.