Bir Ədəd Alma və Yerköküylə Südsüz, Qatıqsız Çox Ləzzətli Keks

Yields: 1 Serving

Evdə 1 ədəd alma və 1 ədəd yerkökü varsa bu resepti mütləq sınayın. Südsüz, qatıqsız çox ləzzətli keksi  qısa müddətdə hazırlayıb çayın yanına süfrəyə verə bilərsiniz. Evdar.az almalı və yerkökülü keksin reseptini təqdim edir.

Bir Ədəd Alma və Yerköküylə Çox Ləzzətli Keksin tərkibi:

  • 1 ədəd alma
  • 1 ədəd yerkökü
  • 1 stəkan şəkər tozu
  • 1 stəkan bitki yağı
  • 3 ədəd yumurta
  • 2 stəkan un
  • 1 paket qabartma tozu
  • 1 paket vanil
  • 1 çay qaşığı darçın
  • zövqə görə xırdalanmış qoz ləpəsi

Bir Ədəd Alma və Yerköküylə Çox Ləzzətli Keksin hazırlanma qaydası:

İlk öncə almanı kiçik kub formasında doğrayın. Yerkökünü də təmizləyib doğrayın. Mətbəx robotunun qabına doğranmış alma, yerkökü, 1 stəkan şəkər tozu, 1 stəkan bitki yağı və 3 ədəd yumurtanı əlavə edib yaxşıca çırpın. Hazır kütləni dərin bir qaba töküb üzərinə 2 stəkan un, 1 paket qabartma tozu, 1 paket vanil və 1 çay qaşığı darçın tozu əlavə edib qarışdırın. İstiyədavamlı şüşə qəlibi yağlayıb keks xəmirini tökün. Üzərinə zövqə görə xırda doğranmış qoz ləpəsi əlavə edib əvvəlcədən 160 dərəcə qızdırılmış sobada bişirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir