Bir Stəkan Qiymə Və Kəsmikdən Çox Ləzzətli Kotlet

Yields: 1 Serving

Nahara bir stəkan qiymə və kəsmiklə çox ləzzətli kotlet hazırlaya bilərsiniz. Evdar.az kotletdən daha ləzzətli kəsmikli kotletin reseptini təqdim edir.

Tərkibi:

  • 500 qr qiymə
  • 2 ədəd yumurta
  • 200 qr orta yağlılıqda kəsmik
  • 50 qr suxari tozu
  • 50 ml su
  • 2 ədəd soğan
  • 2 diş sarımsaq
  • 1 çay qaşığı duz
  • istiot

Hazırlanma qaydası:

İlk öncə dənəvər kəsmiyi blenderlə yaxşıca əzin (yumşaq kəsmik istifadə edəcəksinizsə ehtiyac olmayacaq). Bir qabda qiymə, kəsmik, yumurta, duz və istiotu qarışdırın. Soğan və sarımsağı da mətbəx robotundan keçirərək püre halına gətirin. Bir qabda suxari tozunun üzərinə su töküb isladın ki, suxari yumşalıb şişsin. İsladılmış suxari tozunu da kütləyə əlavə edib yaşıca qarışdırın. Kütlədən əllə kotletlər hazırlayın. Hazırladığınız kotletləri yağlanmış soba sinisinə aralıqlarla düzün. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin. Hazır kotletləri tərəvəz salatıyla birgə süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.