Bişməyən Vaflili Qrilyaj Tortu

Yields: 1 Serving

Bir fincan isti çay və ya qəhvənin yanına imtina edə bilməyəcəyiniz çox dadlı tort hazırlaya bilərsiniz.  Evdar.az az məhsulla və az vaxtda hazırlayacağınız bişməyən vaflili qrilyaj tortunun reseptini təqdim edir.

Tərkibi:

  • 200 qr şəkər tozu
  • 200 qr kərə yağı
  • 200 qr bal (4 dolu xörək qaşığı)
  • 1,5 xörək qaşığı kakao
  • 250 qr xırda doğranmış qoz
  • 5 ədəd vafli korju

Hazırlanma qaydası:

Öncə bir qabda kərə yağı, şəkər tozu və balı qarışdırıb qaynama dərəcəsinə çatdırın. Qaynamağa başlayanda xırdalanmış qozu əlavə edib daha 7 dəqiqə qaynadın. Kakao əlavə edib daha 2 dəqiqə qaynadın. İsti qrilyajı vafli korjlarının arasına yaxıb üzərinə ağır bir şey qoyaraq 1 gecə saxlayın. Süfrəyə verdikdə zövqə görə üzərini su hamamında əridilmiş şokoladla bəzəyə bilərsiniz. Vaflili qrilyaj tortunu dilimləyərək süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.