
Elmi olaraq sübut olunub ki, qırmızı lobya ətdən daha çox protein ehtiva edir. Bu lobyadan çox ləzzətli və faydalı yemək hazırlaya bilərsiniz. Evdar.az ət olmadan da hazırlanan lobyalı kələm dolmasının reseptini təqdim edir.
Bol Proteinli Qırmızı Lobyalı Kələm Dolmasının tərkibi:
- 200 qr qırmızı lobya
- 200 qr yumru düyü
- 100 qr şabalıd
- keşniş, şüyüd
- 2 ədəd soğan
- alça və ya nar şərabı
- duz, istiot
- kərə yağı
Bol Proteinli Qırmızı Lobyalı Kələm Dolmasının hazırlanma qaydası:
İlk öncə qırmızı lobyanı bir gecə əvvəl suda isladıb səhər yumşalana qədər bişirin. Dərin bir qaba bişmiş lobyanı töküb çəngəllə əzin. Üzərinə yuyulmuş düyü əlavə edin. Keşniş və şüyüdü xırda doğrayıb içlik olan qaba əlavə edin. Bişmiş şabalıdları və soğanı da xırda doğrayıb tökün. Üzərinə duz, istiot, sarıkök, alça və ya nar şərabı əlavə edib yaxşıca qarışdırın. Kələm yarpaqlarını suda pörtlədin. Hazır yarpaqları içliklə doldurub bükün. Bükdüyünüz dolmaları qazana düzün və üzərinə əridilmiş kərə yağı və su əlavə edib vam odda bişməyə qoyun. Düyü bişdikdə yemək hazırdır.
Nuş Olsun!
Ən dadlı dolma reseptləri Ən Dadlı Kulinariya Saytında!