Brokoli, Toyuq Və Göbələkli Zapekanka

Yields: 1 Serving

Sobada brokoli, göbələk və toyuq filesindən dadlı və dietik yemək hazırlaya bilərsiniz. Evdar.az azkalorili yeməyin reseptini təqdim edir.

Tərkibi:

  • 300 qr brokoli
  • 200 qr toyuq filesi
  • 300 qr şampinyon göbələyi
  • 100 qr bərk pendir
  • 1 ədəd soğan
  • 350 ml süd
  • 2 xörək qaşığı un
  • duz, istiot zövqə görə
  • qızartmaq üçün bitki yağı

Hazırlanma qaydası:

İlk öncə toyuq filesini nazik doğrayın və bitki yağında qızılı rəng olana qədər qızardın. Brokolini buxarda bişirin. Soğan və göbələyi istədiyiniz formada doğrayın. Çuğun və ya sobaya yerləşdirə biləcəyiniz tavada soğan və göbələyi qovurun. Üzərinə 2 xörək qaşığı un töküb yaxşıca qarışdırın. İsti südü az-az töküb dayanmadan qarışdırın. Qatılaşana qədər qarışdıraraq bişirib ocaqdan götürün. Daha sonra qızardılmış toyuq filesini və buxarda bişirdiyini brokolini əlavə edib,duz, istiot səpin. Pendiri sürtgəcin iri gözündən keçirib yeməyin üzərinə səpin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə pendir əriyənə qədər bişirin. Dadlı zapekankanı isti halda süfrəyə verin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.