Bu Səhər Yeməyi İlə Ayda 2,5 kq Arıqlayın

Yields: 1 Serving

Qarın yağını əritməyə çalışırsınızsa, bu sizin üçün qidalandırıcı və faydalı bir səhər yeməyidir. Tərkibində saç və dəriyə yaxşı təsir edən minerallar və vitaminlər var. Bu səhər yeməyi maddələr mübadiləsini tənzimləmək və immunitet sisteminizi gücləndirmək üçün də əla vasitədir. Bədənin zəhərli kütləsini aradan qaldıraraq bağırsağı təmizləməyə kömək edir. Qəbizlik, tənbəl bağırsaqlar və piylənmə problemi olanlar bu səhər yeməyi ilə bir ayda 2,5 kq-a qədər arıqlaya bilər. Xüsusən də qarında yığılan inadkar yağdan qurtulacaqsınız. Bu möhtəşəm səhər yeməyinin dəridə və saçda nəticəsini görəndə heyran qalacaqsınız. Evdar.az fiqurasına nəzarət edənlər üçün ideal səhər yeməyinin reseptini təqdim edir.

Tərkibi:

  • 5-7 ədəd qara gavalı qurusu
  • 1 stəkan kefir
  • 1 xörək qaşığı kətan toxumu
  • 2 xörək qaşığı yulaf yarması
  • 1 çay qaşığı kakao

Hazırlanma qaydası:

Bu yeməyi axşamdan hazırlayıb səhər yeməlisiniz. Bunun üçün qara gavalı qurusunu qaynar suda 10-15 dəqiqəlik suda isladın. Başqa bir qabda kakao, kətan toxumu və yulaf yarmasını qarışdırın. Üzərinə 1 stəkan kefir əlavə edin. Yumşalmış gavalı qurusunu doğrayıb əlavə edib qarışdırın. Soyuducuya yerləşdirib səhər yeməyində süfrəyə verib nuş edə bilərsiniz.

Faydalı və qidalandırıcı səhər yeməyinizdən ləzzət alacaqsınız. Qısa müddət ərzində əla nəticəni görəcəksiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.