Büdcənizə Uyğun Ləziz “Bavariya” Salatı

Budcenize Uygun Leziz Bavariya Salatı
Yields: 1 Serving

Toyuqlu “Bavariya” salatı hər kəsin evində olan məhsullarla hazırlayaca biləcəyi çox ləziz salatdır. Sadəcə unutmayın ki, bu salat hazırlandıqdan dərhal sonra yeyilməlidir. Əks halda tərkibində olan qurudulmuş çörəklər islanacaq, bu da salatın dadına yaxşı təsir etməyəcək. Evdar.az “Bavariya” salatının reseptini təqdim edir.

Büdcənizə Uyğun Ləziz “Bavariya” Salatının tərkibi:

  • 200 qr bişmiş və ya az yağda qızardılmış toyuq filesi
  • 70 qr bərk pendir
  • 100 qr pomidor
  • 2 dilim qara çörək
  • 1 diş sarımsaq
  • 0,5 dəstə zövqə görə göyərti

Sousu üçün:

  • 1 xörək qaşığı xama
  • 0,5 çay qaşığı xardal
  • 1 çay qaşığı soya sousu

Büdcənizə Uyğun Ləziz “Bavariya” Salatının hazırlanma qaydası:

İlk öncə duzlu suda bişib soyuyan toyuq filesini kub formasında doğrayın. Və ya az yağlı tavada qızardılmış və ya hisə verilmiş toyuq filesi istifadə edə bilərsiniz. Çörək dilimlərini hər iki tərəfli çörəkqızartma aparatında qızardın ( və ya doğranmış çörək dilimlərini sobada qızardın). Sarımsağı çörəklərə sürtün və kub formasında doğrayın. Pendir və pomidorları da kub formasında doğrayın. Göyərtini (zövqə görə cəfəri yarpaqları) xırda doğrayın. Salat qabında doğranmış göyərti, pendir, pomidor, toyuq filesi, çörək dilimləri (və ya hazır suxari) əlavə edib qarışdırın.

Sousu hazırlamaq üçün bir qabda xama, xardal və soya sousunu qarışdırın. Salatı süfrəyə verdikdə üzərinə sousu əlavə edin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir