Cəmi 5 Dəqiqəyə Tavada Jülyen

Yields: 1 Serving

Bir çoxları kafe və restoranlarda yedikləri Jülyen yeməyinin hazırlanmasının çox çətin və zəhmətli olduğunu düşünür. Əslində bütün məhsullar əvvəlcədən qızardılıb daha sonra xüsusi oda davamlı bir porsiyalıq qablara yerləşdirib sobada bişirilir. Ancaq toyuq və göbələkli Jülyeni tavada bişirməklə hər şeyi daha asan edə bilərsiniz. Minimum qabla tavada cəmi 5 dəqiqəyə ləzzətli Jülyen yeməyini hazırlaya bilərsiniz. Evdar.az tavada Jülyen yeməyinin reseptini təqdim edir.

Tərkibi:

  • 150 qr toyuq filesi
  • 4 xörək qaşığı xama
  • 150 qr şampinyon göbələyi
  • 1/2 soğan
  • 30 qr kərə yağı
  • 50 qr bərk pendir
  • 1 diş sarımsaq
  • duz, istiot

Hazırlanma qaydası:

İlk öncə göbələkləri yaxşıca yuyun. Toyuq filesini xırda kub şəklində doğrayın. Kərə yağının yarısını isidin və toyuq filesini yağda qızardın. Zəif ocaqda yarım saat bişən toyuq filesini boşqaba tökün. Daha sonra yağlı tavada xırda doğranmış soğanları yumşalanadək bişirin. Üzərinə nazik dilimlənmiş göbələkləri də əlavə edib 2-3 dəqiqə bişirin. Xırda doğranmış sarımsaq, duz və istiot vurub qarışdırın. Üzərinə boşqaba tökdüyünüz qızardılmış toyuq filesini və xamanı əlavə edib qarışdırın. Ocaqda qabarcıqlar yaranana qədər isidin və rəndələnmiş pendiri üzərinə səpin. Pendir əriyənədək 1-2 dəqiqə saxlayın. Toyuqlu və göbələkli Jülyen yeməyini isti halda süfrəyə verilməlidir.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.