Cana Məlhəm Şaftalıdan Turşu

Yields: 1 Serving

Şaftalı meyvəsindən cem, mürəbbə hazırlanır, hətta şirniyyatlarda istifadə edilir. Bəs şaftalıdan turşu hazırlandığını bilirdinizmi? Evdar.az qeyri-adi dada malik şaftalı turşusunun reseptini təqdim edir.

Tərkibi:

  • 10 ədəd orta böyüklükdə şaftalı
  • 6 ədəd darçın çubuğu
  • 2 xörək qaşığı dənə istiot
  • 1,5 xörək qaşığı mixək
  • 2 çay qaşığı doğranmış zəncəfil
  • 2 diş sarımsaq
  • 2 stəkan şəkər tozu
  • 1 stəkan sirkə
  • 1 xörək qaşığı qaya duzu

Haırlanma qaydası:

Bankanın yarısı qədər isti suyu bir qaba tökün. Üzərinə sirkə, duz, istiot və şəkər tozunu əlavə edib qarışdırın. Yuyulmuş şaftalıları, doğranmış zəncəfili, mixəkləri, qabığından təmizlənmiş sarımsaqları və darçını boşluq qalmayacaq şəkildə bir bankaya sıxışdıraraq yerləşdirin. Daha sonra su qarışığını üzərinə tökün. Əgər banka suyla dolmadısa təmiz içməli su ilə tam  doldurub qapağını bağlayın. Bir həftə sonra şaftalı turşusu hazırdır.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.