Çay Dəm Alana Qədər Hazır Olan “Keçi Pəncəsi”

Yields: 1 Serving

Səhər yeməyi və çay süfrəsi üçün mayasız, yumurtasız, cəmi 4 ərzaqla ləziz “Keçi pəncəsi” xəmir qızartmasını hazırlaya bilərsiniz. Evdar.az çayınız dəm alana qədər hazır olan xəmir qızartmasının reseptini təqdim edir.

Keçi Pəncəsinin tərkibi:

  • 1 stəkan qatıq
  • 1 çay qaşığı duz
  • 1 paket qabartma tozu
  • 2,5 stəkan un

Keçi Pəncəsinin hazırlanma qaydası:

Dərin bir qabda qatıq, duz və qabartma tozunu qarışdırın. Unu da  əlavə edib yaxşıca yoğurun. Hazır xəmiri uzun  rulon forması verib 2-3 barmaq qalınlığında dilimləyin. Bıçağın köməyi ilə xəmirin orta hissəsində kəsik atıb V hərfi formasında dilimlər hazırlayın. Xəmirləri tavada qızdırdığınız bol yağda hər iki üzü yaxşıca qızarana qədər qızardın. Xəmir qızartmalarını isti halda süfrəyə verin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.