Çay Dəmlənənə Qədər Hazır Olan Mürəbbəli Keks

Yields: 1 Serving

Rəfdə qışdan qalan mürəbbəniz varsa ondan asan və dadlı keks hazırlayın. Evdar.az çay dəmlənənə qədər hazır olan mürəbbəli keksin reseptini təqdim edir.

Tərkibi:

  • 2 stəkan mürəbbə (ağ gilas, ərik və ya cem)
  • 1 çay qaşığı soda
  • 3 ədəd yumurta
  • yarım stəkan duru yağ (stəkan ölçüsü 200 ml)
  • 2 stəkan un

Hazırlanma qaydası:

Bir qaba istədiyiniz mürəbbə (ağ gilas, ərik və ya cem) töküb üzərinə soda əlavə edib qarışdırın. Daha sonra üzərinə yumurta əlavə edib tel çırpıcıyla qarışdırın. Duru yağ da əlavə edib qarışdırın. Unu da hissə-hissə əlavə edib yaxşıca qarışdırın. Orta hissəsi boşluq olan qəlibi yağlayın və un səpin. Xəmiri qəlibə töküb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada bişirin. Bişib soyuyan keksin üzərinə şəkər kirşanı səpib süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.