Çay Süfrəsinə Ləziz “Krepvil” Tortu

Yields: 1 Serving

Çay süfrəsində dadıyla və görüntüsüylə qonaqlarınızı təəccübləndirə biləcəyiniz dadlı “Krepvil” (crepes – blinçik) tortu. Evdar.az hər kəsin asanlıqla bişirə biləcəyi tortun reseptini təqdim edir.

Çay Süfrəsinə Ləziz “Krepvil” Tortunun tərkibi:

“Krepvil” Tortunun Xəmiri üçün:

  • 3 ədəd yumurta
  • 1/2 stəkan şəkər tozu
  • 1 paket vanil
  • 1 paket qabartma tozu
  • 2 stəkan(400 ml) un
  • 3 xörək qaşığı kakao
  • 500 ml süd
  • 1/2 stəkan su
  • 5 xörək qaşığı maye yağ

“Krepvil” Tortunun Kremi üçün:

  • 500 ml 33%-li qaymaq
  • 1 stəkan şəkər kirşanı
  • 200 qr labne pendiri

“Krepvil” Tortunun Üzəri üçün:

  • kakao

“Krepvil” Tortunun hazırlanma qaydası

Xəmirini hazırlamaq üçün ilk öncə bir qabda un,kakao,vanil və qabartma tozunu qarışdırın. Başqa bir qabda su və südü qarışdırın. Unlu qarışığa südlü qarışığı hissə-hissə əlavə edib tel çırpıcıyla yaxşıca qarışdırın. Dərin bir qabda yumurta, şəkər tozu və duru yağı qarışdırıb xəmirə əlavə edib qarışdırmağa davam edin. Hazır xəmirdən bir çömcə qaşıq köməyi ilə götürüb çox az yağlanmış tavaya töküb bişirin. Bu qaydayla xəmir qurtarana qədər blinçiklər bişirin.

Kremini hazırlamaq üçün soyuq qaymağın üzərinə şəkər kirşanı əlavə edib mikserlə yaxşıca çırpın. Üzərinə labne pendirini (zövqə görə əlavə etməyə də bilərsiniz) də əlavə edib çırpmağa davam edin.

Blinçikləri kremləyib üst-üstə düzün. Ara qatları üçün doğranmış çiyələk də istifadə edə bilərsiniz. Bu qaydayla bütün blinçikləri kremləyib üst-üstə düzün. Tortun üzərini kakaoyla bəzəyib süfrəyə verə bilərsiniz.

Resept üçün Amila Kitchen-ə təşəkkürlər!

Nuş olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir