Çayın Yanına Dadlı Banan Mürəbbəsi

Yields: 1 Serving

Banan bir çoxlarımızın sevdiyi ləzzətli və faydalı bir meyvədir. Meyvə salatlarında , tortlarda istifadə edilən banandan hətta mürəbbə hazırlandığını bilirdinizmi? Evdar.az  oxucuları üçün xüsusilə səhər yeməyinin əvəzolunmazı olan banan mürəbbəsinin hazırlanmasını təqdim edir.

Tərkibi:

  • 3 ədəd banan
  • 1 stəkan şəkər tozu
  • 5 xörək qaşığı su

Hazırlanma qaydası:

Bananları soyun və nazik dilimləyin. Şəkər tozunu qazana tökün, orta temperaturda davamlı qarışdıraraq rəngi tündələşənədək ( karamelize olanadək) bişirin. Şəkər tozunun rəngi dəyişdikdə suyu və sonra kəsdiyiniz bananları əlavə edin. Zəif odda qarışdırmağa davam edin. Bananlar yumşalıb qatı kütlə olduqda ocağı söndürün. Qapaqlı bankaya töküb qapağını bağlayıb soyumasını gözləyin. Hazır olan banan mürəbbəsini soyuducuda saxlayın.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.