Çayın Yanına Yaraşan Darçınlı Peçenye

Yields: 1 Serving

Çayın və qəhvənin yanına asan və ətirli peçenye hazırlaya bilərsiniz. Evdar.az darçınlı peçenyenin reseptini təqdim edir.

Xəmir üçün:

  • 80 qr kərə yağı
  • 10 qr vanil
  • 3 xörək qaşığı şəkər tozu
  • 1 ədəd yumurta
  • 1 stəkan un

İçlik üçün:

  • 6 xörək qaşığı şəkər tozu
  • 2 xörək qaşığı darçın

Hazırlanma qaydası:

Otaq temperaturunda yumşaldılmış kərə yağını şəkər tozu və vanillə mikserlə çırpın. Üzərinə yumurta əlavə edib yenə çırpın. Yarım stəkan un əlavə edib qarışdırın. Qalan unu da əlavə edib tez xəmir yoğurun. Xəmiri 2 kündəyə ayırın. Hər kündəni dairəvi yayın və üçbucaqlar şəklində kəsin. Bir qabda darçın və şəkər tozunu qarışdırıb üçbucaq xəmirlərə bölüşdürün. Rulet şəklində bükərək yağlı kağız sərilmiş soba sinisinə düzün. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada kənarları azca qızaranadək bişirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.