Cəmi 3 Məhsulla İnanılmaz Dadlı “Kiyev Peçenyesi”

Cemi 3 Mehsulla İnanılmaz Dadlı Kiyev Pecenyesi
Yields: 1 Serving

Dadı “Kiyev tortu”na bənzəyən, yüngül və tez hazırlanan bu peçenye böyükdən kiçiyə hər kəsin sevimlisi olacaq. Evdar.az ləziz Kiyev peçenyesinin reseptini təqdim edir.

Cəmi 3 Məhsulla İnanılmaz Dadlı “Kiyev Peçenyesi”nin tərkibi:

  • 75 qr yumurta ağı
  • 140 qr şəkər tozu
  • 120 qr qoz ləpəsi və ya fındıq, fıstıq, badam ləpəsi

Cəmi 3 Məhsulla İnanılmaz Dadlı “Kiyev Peçenyesi”nin hazırlanma qaydası:

Otaq temperaturunda olan yumurta ağını mikserlə ağarana qədər yaxşıca çırpın. Üzərinə şəkər tozunu az-az əlavə edib çırpmağa davam edin. Bıçaqla qoz ləpəsini xırdalayın. Ləpəni də kütləyə əlavə edib qarışdırın. Hazır kütlədən qaşıqla götürüb yağlı kağız sərilmiş soba sinisinə aralıqlarla düzün. Əvvəlcədən 110 dərəcə qızdırılmış sobada 50 dəqiqə bişirin. Bu xəmirdən 12 ədəd peçenye hazırlaya bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir