Çox Asan Və Ləzzətli Çörək Dilimindən Pizza

Yields: 1 Serving

Səhər yeməyi üçün dadlı və asan bir resept. Evdar.az çörək dilimində hazırlanan pizzanın reseptini təqdim edir.

Çörək Dilimindən Pizzanın tərkibi:

  • 8 dilim çörək
  • kərə yağı
  • 4-5 ədəd yaşıl bibər
  • 100-150 qr kolbasa
  • 3 ədəd orta ölçülü pomidor
  • holland pendiri

Çörək Dilimindən Pizzanın hazırlanma qaydası:

Çörək dilimlərini otaq temperaturunda yumşaldılmış kərə yağıyla yağlayın. Bibərləri və kolbasanı kub-kub doğrayın. Pomidorların qabığını soyub kub formasında doğrayın. Pendiri sürtgəcdən keçirin. Yağlanmış çörəklərin üzərinə doğradığınız kolbasa, bibər və pomidorları düzün. Zövqə görə zeytun, sosiska əlavə edə bilərsiniz. Üzərinə rəndələnmiş pendir də səpib soba sinisinə düzün. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada bişirin. Bişən pizzaları isti halda süfrəyə verin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir