Çox Zərif “Qara Meşə” (Black Forest) Ruleti

Yields: 1 Serving

“Qara Meşə” (Black Forest) ruleti şokoladlı-albalılı “Qara Meşə” tortunun çox dadlı bir növüdür. Evdar.az “Qara Meşə” ruletinin reseptini təqdim edir.

Tərkibi:

Biskviti üçün:

  • 4 ədəd yumurta
  • 180 qr (1 stəkan) şəkər tozu
  • 180 qr (1 stəkan) un
  • 2 xörək qaşığı kakao
  • 1 cay qaşığı qabartma tozu

Kremi üçün:

  • 220-250 qr 33% yağlılığı qaymaq
  • 3 xörək qaşığı şəkər kirşanı

İçlik üçün:

  • 250 qr tumsuz albalı
  • 3 xörək qaşığı şəkər tozu
  • 1 xörək qaşığı nişasta
  • 4 xörək qaşığı su

Üzəri üçün:

  • kakao

Hazırlanma qaydası:

Biskviti hazırlamaq üçün bir qabda yumurta və şəkər tozunu mikserlə yaxşıca çırpın. Üzərinə ələnmiş un, qabartma tozu və kakao əlavə edib ehtiyyatla qarışdırın. Xəmiri yağlı kağız sərilmiş soba sinisinə yayıb əvvəlcədən 180 dərəcə qızdırılmış sonbada 20-25 dəqiqə bişirin. Bişən ruleti sinidən çıxarıb mətbəx dəsmalına büküb kənara qoyun.
Kremi hazırlamaq üçün qaymağın üzərinə şəkər kirşanı əlavə edib mikserlə qatışalana qədər çırpın.
İçliyi hazırlamaq üçün tumu çıxarılmış albalının üzərinə şəkər tozu, nişasta və su töküb qatılaşana qədər ocaqda bişirin. Bişən içliyi soyudun.
Soyuyan biskviti yağlı kağızdan ayırın və dəzgahın üzərinə qoyun. Biskvitib üzərinə krem yaxıb içliyi hər tərəfinə yayın. Daha sonra ruleti büküb üzərinə kakao səpib şokoladla, kremlə və albalıyla bəzəyin. Ruleti 4-5 saatlıq soyuducuya yerləşirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.