Dərdlərə Dərman İçki “Ginger Shot”

Derdlere-Derman-Icki-Ginger-Shot
Yields: 1 Serving

Gərgin bir günün ardından enerjili içki axtarırsınızsa və ya immunitet sisteminizi gücləndirmək istəyirsinizsə, evdə asanlıqla “Ginger Shot”(zəncəfilli şot)  xilaskar içkini hazırlaya bilərsiniz. Bu sadə, lakin təsirli içki təzə zəncəfil və limonun möcüzəvi birləşməsi ilə ortaya çıxır. Evdar.az dərdlərinizə dərman olan içkinin reseptini təqdim edir.

Dərdlərə Dərman İçki “Ginger Shot”-un tərkibi:

  • 1 ədəd təzə zəncəfil kökü (təxminən 7-8 sm)
  • 1 ədəd limon
  • 2 ədəd portağal
  • 1 çay qaşığı bal
  • 1 stəkan su

Dərdlərə Dərman İçki “Ginger Shot”-un hazırlanma qaydası:

İlk öncə zəncəfil kökünü təmizləyin və sürtgəcin xırda tərəfi ilə rəndələyin və ya doğrayın. Limon və portağalın şirəsini sıxıb blenderin qabında tökün. Üzərinə sürtgəcdən keçirilmiş zəncəfil, bal və su əlavə edib yaxşıca qarışdırın. Qarışığı tel süzgəc və ya təzə tənziflə süzüb için. Bu içkini ilk daddıqda tünd dadı ola bilər, ancaq öyrəşdikdən sonra təbii içkini daha çox sevəcəksiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir