Dadı, Ətri və Görünüşü Heyran Edəcək Bənövşə Mürəbbəsi

Yields: 1 Serving

Cazibədar ətirli, zərif bənövşələrdən dadlı mürəbbə hazırlaya bilərsiniz. Ləzzətli mürəbbə olmaqla yanaşı müalicəvi xüsusiyyətləri də danılmazdır. Öskürəyə qarşı çox xeyirlidir, sinəni yumşaldır, qanı təmizləyir, sidikqovucudur. Evdar.az dadlı və faydalı bənövşə mürəbbəsinin reseptini təqdim edir.

Tərkibi:

  • 100 qr bənövşə
  • 300 qr şəkər tozu
  • yarım limonun suyu
  • 200 ml su

Hazırlanma qaydası:

İlk öncə bənövşələrin çiçəklərini dərib süzgəcdə yuyun. Suyunun yaxşıca süzülməsini gözləyin. Bir qazanda şəkər tozu, su və yarım limonun sıxılmış suyunu töküb qarışdırın. Şərbəti ocağa qoyub qaynadın. Qaynayan şərbətə suyu süzülmüş bənövşələri töküb mürəbbə konsistensiyasına gəldikdə ocaqdan götürün. Mürəbbəni bankalara töküb sərin yerdə saxlaya bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.