Dadı Damağınızda Qalacaq Blinçik Salatı

Yields: 1 Serving

Qonaqlarınızı təəcübləndirəcək dadlı salat resepti. Evdar.az dadı damağınızda qalacaq dadlı blinçik salatının reseptini təqdim edir.

Tərkibi:

Blinçiklər üçün:

  • 250 ml süd
  • 250 ml su
  • 1 ədəd böyük çuğundur
  • 2 ədəd yumurta
  • yarım stakan duru yağ
  • 1 çay qaşığı duz
  • 220 qr un

İçlik üçün:

  • 2 ədəd kartof
  • 4 ədəd yumurta
  • toyuq filesi
  • göbələk
  • cəfəri, şüyüd
  • 400 qr xama
  • 100 qr mayonez
  • duz , istiot

Hazırlanma qaydası:

Blinçik xəmirini hazırlamaq üçün ilk öncə çuğunduru blenderlə püre halına gətirin və ya sürtgəcin xırda gözündən keçirin. Bir qabda çuğundur püresinin üzərinə yumurta, duru yağ, duz və un əlavə edib mikserlə yaxşıca qarışdırın. Daha sonra xəmiri blinçik aparatında ya da tavada ocağın üzərində bişirin. Xəmir qurtaranadək blinçikləri bişirin.
İçliyi hazırlamaq üçün kartofu, yumurtanı suda bişirib rəndələyin. Toyuq filesini bişirib didin. Göbələyi azca yağda qovurun. Göyərtiləri xırda doğrayın. Daha sonra blinçikləri kənarı açılan qaba sıra ilə düzün. İlk qata kartofu yayın və xama yaxıb. Daha sonra blinçik yerləşdirib üzərinə yumurta və göyərti səpib yenidən bir qat blinçik qoyun. Toyuq filesi, göbələk və mayonez yağıb bu qaydayla davam edin. Blinçiklər və içlik bitənə qədər qatlarla düzün. Üzərini zövqə görə bəzəyib süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.