Dadı ilə Heyran Edən Şabalıd Qutabı

Yields: 1 Serving

Şabalıd qutabı- Azərbaycan mətbəxinin məşhur qutab növüdür. Özünəməxsus dadı ilə çox məşhur olan xəmir arasında şabalıd əzməsiylə doldurulmuş qutabın dadı damaqlarda qalacaq. Evdar.az şabalıd qutabının reseptini təqdim edir.

Dadı ilə Heyran Edən Şabalıd Qutabının tərkibi:

Xəmir üçün:

  • 400 qr buğda unu
  • 1 ədəd yumurta
  • 1/2 stəkan su
  • duz

İçlik üçün:

  • 450 qr şabalıd
  • 1 ədəd soğan
  • 70 qr kərə yağı
  • duz, istiot,sumaq

Dadı ilə Heyran Edən Şabalıd Qutabının hazırlanma qaydası:

Xəmiri hazırlamaq üçün bir qabda un, duz, yumurta və suyu töküb xəmir yoğurun. Xəmirin üzərini örtüb 20 dəqiqə kənarda saxlayın.

İçliyi hazırlamaq üçün şabalıdı suda bişirib qabığını təmizləyin. Soğanı xırda doğrayıb kərə yağında qızılı rəng alana qədər qızardın. Qovrulanın soğanların üzərinə təmizlənmiş şabalıdları töküb qarışdırın. Duz, istiot və sumaq əlavə edib qovurmağa davam edin. Bişən içliyi ocaqdan götürün çəngəlin köməyi ilə yaxşıca əzin.

Xəmirdən yumurta böyüklüyündə kündələr hazırlayıb nazik şəkildə oxlovla açın. Açılan xəmirin yarı hissəsinə içlikdən yayıb digər tərəfi ilə ay şəklində örtün. Bu qaydayla qalan kündələri də yayıb içliklə doldurub bükün. Qutabları qızdırılmış tavada  (yağsız və yapışmayan tavada) hər iki üzü qızarana qədər bişirin. Süfrəyə verdikdə yağlayın.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir