Dadıyla Qonaqları Heyrətləndirəcək “Snikers” Ruleti

Yields: 1 Serving

Çay süfrəsi üçün zəngin şokoladlı, ətirli karamelli, zərif kremli Snikers ruletini hazırlayaraq qonaqlarınızı heyrətləndirə bilərsiniz. Evdar.az dadıyla qonaqları heyrətləndirəcək “Snikers” ruletinin reseptini təqdim edir.

Dadıyla Qonaqları Heyrətləndirəcək “Snikers” Ruletinin tərkibi:

Biskviti üçün:

  • 6 ədəd yumurta
  • 125 qr şəkər tozu
  • 110 qr un
  • 25 qr kakao
  • 6 qr qabartma tozu

Karameli üçün:

  • 230 qr şəkər tozu
  • 160 ml qaynar qaymaq
  • 100 qr kərə yağı
  • 140 qr təmizlənmiş fıstıq

Kremi üçün:

  • 150 ml qaymaq
  • 300 qr labne pendiri
  • 50 qr şəkər kirşanı

Qlazur üçün:

  • 200 qr südlü şokolad
  • 40 ml bitki yağı
  • 100 qr təmizlənmiş fıstıq

Dadıyla Qonaqları Heyrətləndirəcək “Snikers” Ruletinin hazırlanma qaydası:

Biskviti hazırlamaq üçün bir qabda yumurta və şəkər tozunu mikserlə 7-10 dəqiqə yaxşıca çırpın. Üzərinə ələnmiş un, kakao və qabartma tozu əlavə edib taxta qaşıqla və ya spatulayla ehtiyyatla qarışdırın. Hazırladığınız biskvit xəmirini yağlı kağız sərilmiş düzbucaqlı qəlibə tökün və yayıb hamarlaşdırın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 12 dəqiqə bişirin.Sobadan çıxartdığınız isti biskviti dəsmalın üstünə yerləşdirin. Alt hissəsindəki yağlı kağızı çıxarın, yeni yağlı kağız sərin və biskviti birbaşa dəsmal ilə rulet kimi bükün. halına salın.Mətbəx dəsmalı və yağlı kağıza bükülmüş rulet biskvitini tamamilə soyuması üçün kənara qoyun.

Karameli hazırlamaq üçün tavaya hissə-hissə şəkər tozunu töküb orta odda əridin. Şəkər tozu əriyib karamel rəngi olduqda isti qaymağı da az-az əlavə edib spatulayla dayanmadan qarışdırın. Karameli ocaqdan götürməzdən əvvəl kərə yağını əlavə edib yaxşıca qarışdırıb soyuması üçün başqa bir qaba tökün. Soyuyan karamelə təmizlənmiş fıstıq əlavə edib qarışdırın.

Kremi hazırlamaq üçün bir qabda qaymaq, labne pendiri və şəkər kirşanını mikserlə yaxşıca çırpın. Soyuyan biskviti açıb ilk öncə fıstıqlı karamel yaxın. Üzərindən kremi yaxıb rulet formasında bükün. Ruleti yağlı kağızla və ya streç salafanla büküb 2-3 saatlıq soyuducuya yerləşdirin.

Qlazuru hazırlamaq üçün əridilmiş şokoladın üzərinə bitki yağı, təmizlənmiş, xırdalanmış araxis əlavə edib qarışdırın.

Soyuducudan çıxartdığınız ruletin üzərini qlazurla örtüb 10-15 dəqiqə soyuducuda saxlayın. Hazır ruleti süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir